METBUAT.AZ

Ölkə

Bəzi yerlərə yağış, Şahdağ və Sarıbaşa qar yağıb -

5 Yanvar 2024 18:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 17:00-a olan məlumatına əsasən Şahbuz, Naxçıvan, Gədəbəy, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Şəki, Zaqatala, Oğuz, Balakəndə arabir yağış, Şahdağ, Sarıbaşda (Qax) qar yağıb.

Xidmətdən Metbuat.az-a verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-15 dərəcə isti, Naxçıvan MR-da 7-12 dərəcə isti, aran rayonlarında 12-15 dərəcə isti, dağlıq rayonlarda isə 5 dərəcəyədək isti qeydə alınıb.


metbuat.az.