METBUAT.AZ

Hadisə

Binəqədidə 12 otaqlı tikilidə yanğın

16 Yanvar 2024 15:39

Binəqədi rayonunda yanğın baş verib.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 250 m² olan 12 otaqlı tikilinin 2 otağının tavanı 10 m² sahədə, bitişik sahəsi 25 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan taxta tullantıları yanıb. Tikilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


metbuat.az.