31 Yanvar 2024 11:29
“Hazırda bitkoin bazarında 1 trilyon yarımdan çox bazar kapitallaşması var”.
Bunu Metbuat.az-a açıqlamasında bitkoinin hazırki durumu ilə bağlı danışan iqtisadçı Xalid Kərimli deyib. O qeyd edib ki, bitcoin kriptovalyuta bazarında ən aparıcı oyunçulardan biridir:
"Düzdür vaxt var idi 3 trilyon kapitallaşma var idi amma sonradan 1 trilyon aşağısına düşmüşdü. Hazırda bitkoin ən yüksüklərdə olmasa da, 40-45 min dollar arasında ticarət olunur. Bu da kifayət qədər yaxşı rəqəmlərdir”.
Ekspert bildirib ki, bu bazar üçün ETF-lərin yaradılması müsbət məqam oldu: “Bu o deməkdir ki, siz 1 bitkoin yox, bütün səbəti ala bilərsiniz. Həmin ETF hər bir bitkoindən bir az alır. Və sizdə həmin o ETF-i alanda bir yox, artıq bir neçə bitkoinə sahib olursunuz. Onu almaqla onlarla bitkoinə investesiya etmiş olacaqsınız. Əgər hansı koini alacağınızı bilmirsinizsə, ETF almaq daha məqsədə uyğundur. Çünki bu daha az risk yaradır".
Seyranə Quliyeva / Metbuat.az