13 Yanvar 2024 10:45
Dünyanın aparıcı kriptovalyutası olan bitkoin 42,85 min ABŞ dollarına kimi ucuzlaşıb.
Metbuat.az xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saatda 6,99 %, son 7 gündə isə 2,2 % azalıb. Nəticədə bitkoinin kapitallaşması 839 milyard ABŞ dolları ətrafında qərarlaşıb.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,2 % azalaraq, son bir həftədə isə 13,21 % artaraq 2,54 min ABŞ dolları olub.