16 Yanvar 2024 17:08
ABŞ-ın dövlət katibi Antoni Blinken İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Metbuat.az xəbər verir ki, görüşdə Blinken ABŞ-ın Ukraynaya dəstəyinin davamlı olacağını bildirib. “Biz Ukraynaya dəstəyimizi davam etdirmək əzmindəyik. Bunun üçün Konqreslə sıx işləyirik" - Blinken deyib.
Qeyd edək ki, ABŞ Konqresində yeni maliyyənin təsdiqlənməsi ilə bağlı mübahisələr var. Sənəddə Ukraynaya yardımların edilməsi də nəzərdə tutulub. ABŞ daha əvvəl Ukraynaya dəstəyin dayandırıldığını bəyan etmişdi.