METBUAT.AZ

İdman

Braziliyalı hücumçu Azərbaycana transfer olur

3 Yanvar 2024 16:43

Mövsümün ikinci yarısına hazırlaşan “Zirə” ilk transferini həyata keçirib.

Metbuat.az xəbər verir ki, Rəşad Sadıqovun komandası “Qəbələ”nin sabiq futbolçusu Rafael Utrixlə anlaşıb. Braziliyalı forvard yaxın günlərdə Azərbaycana gəlib müqavilə imzalayacaq.

Qeyd edək ki, Rafael Utrix 2020-2022-ci illərdə “Qəbələ”də çıxış edib. O, əyalət təmsilçisinin heyətində meydana çıxdığı 48 matçda 11 qola imza atıb.


metbuat.az.