METBUAT.AZ

Dünya

"Britaniya və ABŞ zərbələrə görə əvəz ödəyəcək" -

12 Yanvar 2024 08:41

London və Vaşinqton Yəmənə qarşı kütləvi hücumların yüksək qiymətini ödəməyə hazır olmalıdır.

Metbuat.az “Al Mayadeen” telekanalına istinadən xəbər verir ki, bunu Yəmən Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Hüseyn əl-Əzi bildirib.

"Ölkəmiz Amerika gəmiləri, sualtı qayıqları və qırıcı təyyarələrinin kütləvi hərbi təcavüzünə məruz qalıb. Şübhəsiz ki, London və Vaşinqton yüksək qiymət ödəməyə hazır olmalıdırlar", - diplomat vurğulayıb.


metbuat.az.