METBUAT.AZ

Maraqlı

Bu bürclər fevralda cekpotu vuracaq -

31 Yanvar 2024 14:56

Fevralda pula-pul deməyəcək bürclər bəlli olub.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, astroloqların proqnozlarına görə, fevral ayı bəzi bürclər üçün dönüş nöqtəsi olacaq.Onların taleyi dəyişəcək, çoxdan gözlədikləri problemlər həll olunacaq.

Bəxtəvər bürclərdən biri Oğlaq bürcüdür. Son dərəcə diqqətli olan bu bürcün nümayəndələri üçün fevral ayı maddi baxımdan əlverişli olacaq. Astroloqlar hesab edir ki, fevral ayında Oğlaqların karyerasında dönüş nöqtəsi ola bilər.

20 aprel-20 may tarixləri arasında doğulan və yer elementinə sahib Buğa bürcü fevralda demək olar varlanacaq. Son dərəcə laqeyd və düşüncəsiz görünən, lakin sevdikləri insanlara qarşı diqqətli olan Buğalar pula çox dəyər verməsələr də, yaxşı həyat sürmək üçün işləməyi və qərarlı olmağı sevirlər. Fevral ayı Buğa üçün sözün əsl mənasında uğurlu davam edəcək. Onlar maliyyə problemlərini həll edib yaza maddi baxımdan rahat daxil olacaqlar.

Aidə / Metbuat.az


metbuat.az.