METBUAT.AZ

Maraqlı

Bu bürclər həmişə yoxsul olacaq -

31 Yanvar 2024 14:49

Astroloqlara görə, bəzi bürclər pul qazanmaqda digərlərindən daha bacarıqsız olurlar.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, astroloqlar bunu bürclərin xarakterik xüsusiyyətləri ilə əlaqələndirirlər.

Məsələn, Şir bürclərinin iş və şəxsi həyatdakı münasibətlərdə hegemoniyaya üstünlük verməsi onlara heç də həmişə uğur gətirmir. Beləcə onlar tez-tez "uduzmalı" olurlar. Liderlik qabiliyyəti güclü olan Şirlər iş həyatında öz rəhbərləri ilə də uğursuz ünsiyyət qururlar.

Eyni zamanda Balıq bürcləri də bir çox hallarda yoxsul qala bilir. Onlar özlərindən tez çıxırlar - emosional ziddiyyətlər onlara iş həyatında doğru qərar verməkdə mane olur.

Əqrəb bürcləri şəxsi münasibətlərdə daha çox neqativliyə meyilli olurlar. İnsanlarla ünsiyyət qurmaqda zəifdilər, belə olan halda iş və biznesdə irəliləmək də onlar üçün çətin olur.

Astroloqlara görə, pul qazanmaqda çətinlik çəkən digər bürc Dolçalardır. Onlar bir çox hallarda pul gətirən peşələrə yox, sevgi ilə görə biləcəkləri işlərə meyilli olurlar - xoşbəxt və yoxsul.


metbuat.az.