METBUAT.AZ

Ölkə

Bu məhsulların satışı ƏDV-dən

1 Yanvar 2024 15:45

Bu gündən Azərbaycanda heyvan və quş ətinin satışı daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Bu güzəşt müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.

Qeyd edək ki, Azərbaycanda heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən ƏDV-dən azad edilib.

Ölkədə ƏDV dərəcəsi 18 % təşkil edir.


metbuat.az.