31 Yanvar 2024 09:03
Bütün dünya 2024-cü ili yaşadığı halda, bu ölkədəki təqvimlər hələ də 2016-cı ili göstərir.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, hələ də 2016-cı ili yaşayan bir ölkə var. Bəs bu böyük 8 illik fərq necə baş verir?
Bu Afrikada olan Efiopiyaya ölkəsidir. Ölkə hazırda 2016-cı ildədir.
Hazırda dünyanın əksər ölkələri Qriqorian təqvimindən istifadə etsə də, ilin ölçülə bilən dövrlərə bölünməsinin başqa üsullarından istifadə edən bir neçə ölkə hələ də qalıb. Məsələn, Efiopiyada 13 aylıq təqvimdən istifadə olunur. Bu aylara Meskerem, Tikimt, Hidar, Tahsas, Tir, Yakatit, Maggabit, Myazya, Ginbot, Sene, Hamle, Nehasa və Pagume deyilir. İldən asılı olaraq 30-31 günlük və ya 28-29 günlük aylardan ibarət qarışıq ay sistemi əvəzinə, Efiopiya təqvimində hər biri 30 gündən ibarət 12 ay, ardınca beş və ya altı gündən ibarət son ay var.
Ziyarətçilərin marağına səbəb olan başqa bir məqam odur ki, günün saatları eyni sistemə uyğun gəlmir, günlər gecə yarısı əvəzinə səhər saat 6:00-da başlayan iki 12 saatlıq günə bölünür.
Efiopiyanın 2016-cı ili niyə yaşadığının cavabı eramızın 500-cü ilinə aiddir.
Qriqorian təqvimi kimi Efiopiya təqvimi də İsanın doğulmasına əsaslanır. Katolik Kilsəsi İsanın eramızın 500-cü ildə anadan olması ilə bağlı hesablamalarını dəyişib, lakin Efiopiya kilsəsi bunu etməyib və bütün fərqlərə əlavə olaraq, bu, Efiopiya yeni ilini Qriqorian təqvimi ilə sentyabrın 11-də başlayır. Afrikada heç vaxt müstəmləkə olunmamış yeganə ölkə olan Efiopiya köhnə hesablamalardan istifadəni davam etdiyi üçün 2016-cı ildə də yaşayır.