METBUAT.AZ

Dünya

Bu şəxslər "influencer" hesab edilməyəcək

26 Yanvar 2024 11:46

Türkiyənin Ticarət Nazirliyi "İnfluencer" fəaliyyəti ilə məşğul olanlar üçün yeni proqram hazırlayıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, yeni yaradılan "İnfluencer Sertifikat Proqram"nda iştirak etməyən şəxlər "influencer" hesab edilməyəcək.

Ticarət Nazirliyi 2024-2028-ci illər üçün Strateji Planı hazırlayıb. Plana əsasən istehlakçıların müdafiəsi istiqamətində görülən işlər çərçivəsində “İnfluencer Sertifikat Proqramı” layihəsinə start veriləcək.

Həmçinin onlayn alış-veriş ilə məşğul olan şəsxlərdə ciddi yoxlanacaqlar.

“İnfluencer Sertifikat Proqramı Layihəsi” Reklam Şurası ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.