METBUAT.AZ

Ölkə

Bu yol Azərbaycanı Naxçıvanla birləşdirəcək -

18 Yanvar 2024 15:00

Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən avtomobil yolunun İranla bağlantısı və Araz çayı üzərində körpünün tikintisi işləri icra olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Metbuat.az-a verilən məlumata görə, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İranla bağlantı yolu və Araz çayı üzərində körpü layihəsi Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolunun 111.8 km-dən ayrılır.

Qeyd olunub ki, layihə üzrə inşa edilən 7.2 kilometrlik 1 dərəcəli bağlantı avtomobil yolunda süni qurğuların (istinad divarları, müxtəlif diametrli borular, düzbucaqlı borular, keçidlər və beton küvetlər) və torpaq yatağının tikintisi davam etdirilir:

“Görülmüş işlərin fiziki tərəqqisi 80% təşkil edir. Layihə çərçivəsində Araz çayı üzərində uzunluğu 374 və eni isə 27.6 metr təşkil edəcək avtomobil körpüsünün inşasına da start verilib. 4 hərəkət, 2 təhlükəsizlik və ayrıcı zolaqlardan ibarət olmaqla hər bir istiqamətdə üzrə körpü üzərində 2.8 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub.



metbuat.az.