3 Yanvar 2024 09:58
Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb.
Metbuat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, ərazidəki qatı duman dənizdə görmə məsafəsinin azalmasına səbəb olub.
Duman aradan qalxdıqdan sonra gəmilərin hərəkəti bərpa olunacaq.