22 Yanvar 2024 11:52
Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi İran klubunda çalışa bilər.
Metbuat.az xəbər verir ki, italiyalı mütəxəssis “Persepolis” klubunun maraq dairəsindədir.
Bu ayın əvvəlində baş məşqçi Yəhya Qolməhəmmədini istefaya göndərən Tehran təmsilçisi De Byazi ilə danışıqlara başlayıb. Bu posta digər namizəd isə hazırda Nigeriya millisini çalışdıran portuqaliyalı Joze Vitor dos Santuş Pezeyrudur.
Qeyd edək ki, Canni De Byazi 2023-cü ilin noyabrında Azərbaycan millisindən ayrılıb.