METBUAT.AZ

Ölkə

Cəlilabadda 4 aylıq körpə qızılcadan ölüb? -

28 Yanvar 2024 23:40

TƏBİB Cəlilabad rayonunda ölən körpə ilə bağlı açıqlama yayıb.

27 yanvar 2024-cü il tarixində Cəlilabad rayonunun Günəşli kənd sakini 2023-cü il təvəllüdlü körpə ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən körpəyə dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub, zəruri tibbi xidmət göstərilib.

Həkimlərin bütün səylərinə baxmayaraq, 28 yanvar 2024-cü il tarixində saat 19:40 radələrində ölüm qeydə alınıb.

22:20

Cəlilabad rayonunda körpə oğlan uşağı vəfat edib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, onun bir müddət əvvəl səhhəti pisləşib və ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

O, bu gün paytaxt xəstəxanalarından birinə təxliyə olunan zaman yolda vəfat edib.

İlkin məlumata görə, körpə qızılcadan dünyasını dəyişib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


metbuat.az.