27 Yanvar 2024 11:21
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən il ölkəmizin İrandakı səfirliyinə edilən hücum zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun məzarını ziyarət edib.
Metbuat.az xəbər verir ki, XİN rəhbərliyi və kollektivi O.Əsgərovun İkinci Şəhidlər xiyabanında yerləşən məzarınının önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayının 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Azərbaycan XİN yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb.