METBUAT.AZ

Ölkə

Çingizin çəkiliş apardığı yer -

27 Yanvar 2024 13:09

REAL TV-nin rəhbəri Mirşahin Ağayev Xocalıdan reportaj hazırlayıb.

Metbuat.az bildirir ki, o, 32 il sonra Xocalı faciəsinin törədildiyi ərazidə olub.

O qeyd edib ki, hazırda AŞPA-da Azərbaycanı ittiham edənlər hansısa dəhlizdən danışırlar, Laçın yoluna “Laçın dəhlizi” adı verib Azərbaycanın əsəbləri ilə oynayırlar. Hazırda olduğu ərazi də vaxtilə guya ermənilər tərəfindən dinc insanların Xocalıdan çıxıb getməsi üçün dəhliz kimi ayrılmışdı. Amma bu dəhliz deyildi, əslində tələ idi və 613 nəfər məhz bu ərazidə kütləvi şəkildə gülləbaran edildi. Çingiz Mustafayevin fəryad edərək çəkdiyi kadrlar məhz həmin ərazidə çəkilib.

Həmin görüntüləri təqdim edirik:



metbuat.az.