METBUAT.AZ

Sosial

Çörəyin qiyməti ucuzlaşa bilər

24 Yanvar 2024 16:17

Azərbaycanın xaricdən aldığı buğdanın qiyməti 20 faiz ucuzlaşıb. Belə ki, 1 ton buğdanın qiyməti 338 dollardan 259 dollara düşüb.

Metbuat.az xəbər verir ki, 2023-cü ildə ölkəyə 1 milyon 95 min tona yaxın buğda idxal edilib

Bu ucuzlaşma çörəyin və başqa un məmulatlarının qiymətinə təsir edə bilərmi?

İqtisadçi ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, buğdanın qiymətinin aşağı düşməsinin çörəyin və başqa un məmulatlarının ucuzlaşmasına təsir etmək ehtimalı var.

“Buğdanın ucuzlaşması çörəyin qiymətinə təsir göstərə bilər. Amma burda biz bilməliyik ki, çörək istehsalçılarının xərci, təkcə buğda deyil, buğda burda əhəmiyyətli paya malikdir. Amma ümumi xərclərin içərisində buğdanın payı 40-50 faizdən o tərəfə deyil”

Ekspert vurğulayıb ki, bir çox xərclər var ki, onlar əvvəl ki, illərə nisbətən ya sabit qalıb ya da artıb. Bu baxımdan biz birmənalı olaraq gözləməli deyilik ki, buğdanın qiyməti düşürsə, çörəyin də qiyməti düşəcək.

“Amma ehtimal var ki, buğdanın ucuzlaşması, unun və çörəyində ucuzlaşmasına səbəb ola bilər”.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.