8 Yanvar 2024 09:01
Abşeronun dayanıqlığının artırılması üçün Xəzər dənizinin təbii sahil xəttinin qorunması tələb olunur.
Metbuat.az bildirir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Bunun üçün Baş plan çərçivəsində aşağıdakılar tövsiyə olunur:
- Sahil xətti boyu yeni şəhərsalma inkişafının məhdudlaşdırılması Sahil xətti boyu yeni şəhərsalma inkişaflarına yalnız müstəsna hallarda və ətraf mühitə təsirlərin ətraflı qiymətləndirilməsi aparıldıqdan sonra yol verilməlidir;
- Yol verilən yeni şəhərsalma təşəbbüsləri istisnasız olaraq müəyyən edilmiş planlaşdırma normalarına və sanitar-mühafizə zonası tələblərinə uyğun həyata keçirilməlidir.