METBUAT.AZ

Ölkə

Dilarə Səlimə yüksək vəzifə verildi -

10 Yanvar 2024 18:34

“Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyinat olub.

Metbuat.az xəbər verir ki, bu vəzifəyə Azərbaycan Televiziyasının tanınmış aparıcısı Dilarə Səlim gətirilib.

Bu barədə “ASAN Xidmət”in mətbuat katibi Elnur Niftəliyev feysbukda bildirib.

Xatırladaq ki, D. Səlimə qədər bu vəzifəni tanınmış rejissor, Əməkdar incəsənət xadimi Ülviyyə Könül (Kərimova) icra edirdi. O, dekabrın 1-i vəzifəsindən ayrılıb.


metbuat.az.