METBUAT.AZ

Hadisə

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs

18 Yanvar 2024 13:24

İrandan Azərbaycana keçmək keçməyə və dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvar ayının 15-də saat 21:56-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Neftçala rayon sakini 1967-ci il təvəllüdlü Mustafayev Eldəniz Aboş oğlu saxlanılıb.

Fakt üzrə üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


metbuat.az.