10 Yanvar 2024 11:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun 2023-cü ildəki gəlirləri 6 milyard 677 milyon manat olub.
Metbuat.az-ın məlumatına görə, bunu 2023-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında DSMF sədri Himalay Məmişov deyib.
Bu, əvvəlki ilə nisbətən 948 milyon manat və ya 17 faiz çoxdur.