8 Yanvar 2024 10:35
Dünya birjalarında neft qiymətləri azalıb.
Metbuat.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,12 dollar azalaraq 77,64 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,16 dollar azalaraq 72,65 dollar təşkil edib.