METBUAT.AZ

İqtisadiyyat

Dünya bazarlarında neftin qiyməti

11 Yanvar 2024 10:42

ABŞ-də xam neft və neft məhsulları ehtiyatlarının artması ilə bağlı məlumatlardan sonra etalon neft qiymətləri aşağı düşdükdən sonra yanvarın 11-də artıb.

Metbuat.az “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1 barel üçün 77,14 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,44 % çoxdur.

Nyu-York əmtəə birjasında “WTI” markalı neftin fevral fyuçersləri 0,38 % bahalaşaraq 1 barel üçün 72,62 ABŞ dolları olub.


metbuat.az.