17 Yanvar 2024 10:26
Dünya birjalarında neft qiymətləri azalıb.
Metbuat.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,66 dollar azalaraq 77,63 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,68 dollar azalaraq 71,72 dollar təşkil edib.