22 Yanvar 2024 13:18
Alimlərin fikrincə, qədim Sibir viruslarının qlobal istiləşmə səbəbindən yayıla və naməlum xəstəliklərin yayılmasına səbəb ola bilməsi riski var. Bu zombi virusları adlandırılan “Mafusail” mikroblarının ştammları tədqiqatçılar tərəfindən artıq müəyyən edilib.
Alimlər xəbərdarlıq edirlər ki, növbəti pandemiyanın səbəbi yeni viruslar deyil, uzaq keçmişdən gələn viruslar ola bilər.
Həqiqətənmi dünyanı yeni pandemiya gözləyir?
Mövzu ilə bağlı Metbuat.az-a danışan Professor Adil Qeybulla qeyd edib ki, qlobal istiləşmə, qlobol iqlim dəyişikliyi, bu anlayışlar yer kürəsində hərarət, tempratur tənzimlənməsinin pozulması kimi izah olunsa daha əhaləti olardı.
"Hal-hazırda baş verən iqlim dəyişikliyindən sonra, çox ciddi proseslər baş verir. Mən Covid-19 pandemiyasının başlanmasını məhz bununla əlaqələndirirrəm. Əvvala sürətlə baş verən mutasiya. insanların yeni iqlimə adaptasiya imkanınnı yaratması və bunun özünün bir proses olaraq immun sisteminə neqativ təsir etməsi, digər tərəfdən, ayrı-ayrı virusların mutasiyasının sürətlənməsi, bütün bunlar yeni-yeni pandemiyaların yaranma ehtimalını yarad
A.Qeybulla bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı insan sağlamlığını təhdid edən 10 amildən biri kimi, bizi qarşıda gözləyən qrip pandemiyası haqqında xeyli əvvəl məlumat vermişdi
"Bu pandemiya nə vaxtsa bizi gözləyir. Bundan başqa buzlaqların əriməsi, yer kürəsinin ayrı-ayrı ərazilərində tempuratur tənzimləməsinin pozulması, bəzi vaxtilə donub qalmış virusların fəallaşmasınada gətirib çıxara bilər. Hesab edirəmki, qlobal iqlim dəyişikliyi daha çox hal-hazırda insan fəaliyyətinə aid edilir. Yəni bu istixana qazlarının metan və karbon qazının atmosfer havasında həddən artıq akkumilatsiyasından baş verir. Bununla bağlı artıq həyacan təbili çalınmalı, konkret olaraq tədbirlər görülməlidir. Əgər bu olmasa dünya çox cidddi pandemiya təhlükəsilə üz-üzə qala bilər".
Seyranə Quliyeva/Metbuat.az