31 Yanvar 2024 16:22
"7 fevralda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyaları aktiv şəkildə aparılır. Seçkidə namizədliyini irəli sürülmüş bütün namizədlər üçün bərabər və demokratik şərait yaradılmışdır."
Bu sözləri Metbuat.az-a açıqlamasında Millət vəkili Azər Badamov deyib.
Millət vəkili bildirib ki, hər hansı namizədə qarşı təzyiq və onun seçki kampaniyasının aparılmasına qarşı müdaxilələr yoxdur.
"Seçki qabağı proses tam demokratik şəraitdə həyata keçirilir. O cümlədən əhali arasında da seçkiyə maraq çox böyükdür. Seçicilər təbliğat-təşviqat kampaniyalarında aktiv şəkildə iştirak edirlər. Seçki qabağı aparılan təbliğat-təşviqat kampaniyaları ilə bağlı deyə bilərəm ki, əhalidə böyük ruh yüksəkliyi var və hamı 7 fevralda keçirləcək seçkilərdə iştirak edərək səsini öz namizədinə verməyə hazırdırlar. Əhalidə bu seçkilərə maraq həmişəkindən daha çoxdur. Çünki bu seçkilər müstəqillik tariximizdə ilk dəfə olaraq suverənliyi təmin olunmuş ölkəmizdə keçirilir və hamı üçün qürurverici bir hadisədir".
Seyranə Quliyeva / Metbuat.az