METBUAT.AZ

Siyasət

Əli Əsədov Aleksey Overçukla görüşdü

22 Yanvar 2024 19:28

Azərbaycanın Baş Naziri Əli Əsədov Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ilə görüşüb.

Metbuat.az xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının cari məsələləri və birgə layihələrin icrasının gedişi müzakirə olunub.

Tərəflər 2024-2026-cı illər üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas sahələrinin inkişafına dair Yol xəritəsinin imzalanmasının vacibliyini qeyd ediblər.


metbuat.az.