10 Yanvar 2024 16:12
"Bəziləri dahinin istəyirlər ətini, sümüyünü, iliyini yesinlər. Basdırmağa gəlməsinlər, qəbrini ziyarət etməsinlər. Amma özlərini elə göstərsinlər ki, onlardan yoxdur".
Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Elgizlə izlə" verilişinə telefonla zəng edərkən deyib. Müğənni ötən gün Xalq artisti Flora Kərimova ilə mübahisəsindən danışıb. Seyidcahan F.Kərimovadan üzr istəyib:
"Geyimim, musiqim, şeirim övladımdır. Mən yaradıcı insanam, onu qorumağa məcburam. Mən də öz tərzimlə verilişə gəldim. Daş-qalaq etdilər, efirdə səsimizi aldılar, guya nə etmişik. Bilən də, bilməyən də danışır. Hər ağız söz danışmaz, özünüzü biabır edirsiniz. Flora Kərimovadan üzr istəyirəm. Bilsəydim, dünən belə hal olacaq, xalq mənə görə sizə belə sözlər yazacaq, gəlməzdim. İstəməzdim səbəb olum, kimsə ürəyində olanları sizə yönəltsin. Nə olar papağımdan danışırısınız da... Bir az da sənətimdən danışın. Amma sağlığımda danışacaqsınız. Amma bəziləri kimi məni qəbrə yola salanda danışmayacaqsınız. Elza Seyidcahan uzunömürlü olacaq".
Qeyd edək ki, Seyidcahanın mərhum Əməkdar artist Aygün Bəylərin vida mərasiminə papaqla qatılması tənqid edilib. "Elgizlə izlə" verilişində F.Kərimova ilə Elza arasında mübahisə düşüb və Seyidcahan proqramı tərk edib.