METBUAT.AZ

Mədəniyyət

Əməkdar artist Gülbahar Şükürlü ilə vida mərasimi keçirilir

6 Yanvar 2024 12:43

Əməkdar artist Gülbahar Şükürlü bu gün Buzovna qəsəbəsindəki "Əli ayağı" qəbiristanlığında dəfn olunacaq.

Metbuat.az bildirir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda mərhumun Buzovnadakı evində vida mərasimi keçirilir: "Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün Əli ayağı qəbiristanlığına aparılacaq".

Qeyd edək ki, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü uzun sürən xəstəlikdən sonra dünən vəfat edib.



metbuat.az.