22 Yanvar 2024 16:35
Əməkdar artist Gülzar Qurbanovanın səhhətində problem yaranıb.
Bununla bağlı aktrisa sosial şəbəkə hesabında məlumat yayıb.
“Üç gündür xəstəyəm. Bu gün gecə hərarətim 41 idi, nəfəsimi kəsdi. Təcili yardım gələnə kimi yenə də Əzrayıl çökmüşdü sinəmə. Əjdaha ili deyil, Əzrayıl ilidir”, - deyə aktrisa vurğulayıb.