3 Yanvar 2024 16:19
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Müdafiə Sənayesi İcraiyyə Komitəsi toplanıb.
Metbuat.az "Trt Haber"ə istinadən xəbər verir ki, Prezident Administrasiyasında keçirilən görüş mətbuata qapalıdır.
İclasda Türkiyənin müdafiə sənayesi sahəsində ötən il əldə etdiyi uğurlarla bağlı ümumi qiymətləndirmə aparılacaq. Bundan əlavə, bu il üçün yol xəritəsi müzakirə olunacaq.
Bu çərçivədə Türkiyənin səmada yeni gücləri olacaq "Bayraktar TB3", "Kızıl Elma", "KAAN", "ANKA-3" və "Hürjet" layihələrinin gedişatı müzakirə ediləcək.
Həmçinin, Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik birliklərinin istifadə etdiyi yerli və milli sistemlərə yeni sistemlərin əlavə edilməsi ilə bağlı qərarlar da veriləcək.