METBUAT.AZ

Siyasət

"Ermənistan səhv yola düşərsə, bunun nəticəsi ağır olacaq" -

29 Yanvar 2024 16:18

Ermənistan səhv yola düşərsə, bunun nəticəsi ağır olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Türkiyənin keçmiş milli müdafiə naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) müdafiə komitəsinin sədri Hulusi Akar Şəhidlər xiyabanını ziyarət zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bəziləri Ermənistanı proksi dövlətə çevirmək istəyir: “Əgər Ermənistan bu səhv yola girərsə, İkinci Qarabağ müharibəsində olduğu kimi, yenə ağır nəticə ilə üzləşəcək. Buna imkan verməmək lazımdır. Bizim üçün vacib olan sülh, sabitlik və Qafqazın gələcəyidir”.

H.Akar söyləyib ki, Ermənistan Azərbaycanın uzatdığı sülh əlini tutmalıdır: “Regiona ən qısa vaxtda sülh və sabitlik gəlməlidir. Bunun üçün səy göstəririk. Təhriklərin, təzyiqlərin Ermənistana və bölgəyə heç bir xeyri yoxdur”.

Keçmiş nazir qeyd edib ki, Türkiyə və Azərbaycan əməkdaşlığı davam etdirirlər: “Müdafiə sənayesi sahəsində əməkdaşlığımız sıx şəkildə davam edir”.


metbuat.az.