METBUAT.AZ

Dünya

Ermənistan XİN Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğunu bildirib

30 Yanvar 2024 10:58

Ermənistan Türkiyə ilə sərhədlərin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılmasına hazırdır.

Metbuat.az xəbər verir k, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan yerli jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, bunun üçün Ermənistanda infrastruktur tam hazırdır: “Hazırda Türkiyənin cavabını gözləyirik”.

Nazir müavini onuda əlavə edib ki, bu proses həm İrəvan- Ankara, həm də İrəvan-Bakı münasibətlərinin normallaşmasına müsbət təsir edəcək.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.