METBUAT.AZ

Dünya

Evi alana verəcəyi hədiyyə təəccübləndirdi -

15 Yanvar 2024 10:47

İngiltərədə ev axtaranlar qeyri-adi elanla rastlaşıblar.

Metbuat.az xəbər verir ki, Hempşirdəki evi satışa çıxaran təqaüdçü, evi alana qırıcı təyyarəni verəcəyini açıqlayıb. Məlumata görə, Peter Robinson adlı şəxs Hempşirdəki evini 3,95 milyon funt-sterlinqə satışa çıxarıb. Bu qiymətə onun 2015-ci ildə 100 min funt-sterlinqdən çox xərclədiyi “Harrier II GR7” model təyyarəsi daxildir.Təqaüdçü riyaziyyatçı həmişə bu döyüş təyyarəsinə həvəslə maraq göstərdiyini bildirərək, onu “bağ bəzəyi” kimi gördüyünü bildirib.

Robinson Britaniya Müdafiə Nazirliyinin 2008-ci ildə istifadədən çıxardığı təyyarəni İpsviçdəki bir şirkətdən aldığını və çətinliklə öz bağına yerləşdirdiyini deyib.


metbuat.az.