26 Yanvar 2024 15:53
Ankara F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı mərhələnin başlanmasını gözləyir.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəndən sonra ABŞ Prezidenti Cozep Bayden F-16-ların tədarükü ilə Konqresə lazımi göstəriş verib:
“Oradan gələn cavab qırıcıların Türkiyəyə tədarükünü təmin edəcək. Xarici işlər naziri hazırda prosesi izləyir”.