12 Yanvar 2024 15:38
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Samux-Gəncə avtomobil yolunun ikinci kilometrliyində - Samux rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Samux Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
Bu barədə Metbuat.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Baş vermiş yol-nəqliyyat qəzası zamanı yanacaqdaşıyan avtomobilin aşması nəticəsində ətrafa dağılan yanacaq təhlükəsizlik tədbirləri çərçivəsində yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.