METBUAT.AZ

Dünya

Fulya Öztürkün bu addımı tənqid edildi -

17 Yanvar 2024 12:44

"CNN Türk" jurnalisti Fulya Öztürkün Türkiyə-İraq sərhəddindən hazırladığı reportaj zamanı dedikləri tənqid edilib.

Metbuat.az bildirir ki, jurnalist əməliyyatların getdiyi bölgələrdən danışarkən deyib:

"Hakurka yaxın bir yerdəyik. "Pençe Kilit"ə yaxın nöqtədəyik. Danışmaqda belə çətinlik çəkdiyimiz nəqtədəyik. Bölgədə şərtlər çox çətindir. Türk əsgəri və jandarma növbə tutmağa davam edir. Gecə şərtlər daha da çətinləşir. Az əvvəl danışdığımız heyət əraziyə çıxdı".

Onun bu sözləri sosial mediada müzakirə edilib, insanlar onu hərbi əməliyyatla bağlı detalları ifşa etməkdə günhalandırıblar. Tanınmış aparıcı və jurnalist Cüneyt Özdemir də Fulyanı tənqid edənlərdən olub. O, qeyd edib:

"Reportaj zamanı hadisədən danış, özündən yox. Öz duyğularını çox bəlli edirsən, sonra da hadisə yox, sən danışılırsan".

Qeyd edək ki, "Pençe Kilit" əməliyyatı ərazisində terrorçularla çıxan atışmalarda Türkiyə Silahlı Qüvvələrinin 9 əsgəri şəhid olub, 4 əsgər yaralanıb. Bundan sonra Türkiyə ordusu əməliyyatlara başlayıb.



metbuat.az.