31 Yanvar 2024 15:20
“Ofis şəraitində uzunmüddətli iş şəraitindən sonra yalnış pozisiyada oturmaq ciddi bel ağrılarına səbəb olur. Bu vəziyyəti qaydaya salmaq üçün düzgün oturuş qaydalarına fikir verməliyik”
Bu fikirləri Metbuat.az-ın sualına cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.
“Oturma qaydalarına ciddi əməl edilməlidir. Onurğa sütunu dik şəkildə oturmaq lazımdır. Mütəmadi olaraq ayağa qalxıb hərəkət etmək lazımdır. Əgər vəziyyət yaxşıya doğru düzəlməsə fizioterapevt müayinəsinə getmək lazımdır”.
Terapevt qeyd edib ki, ofis şəraitində işləyənlərin onurğa ağrılarına daha bir səbəb D vitamini çatışmazlığı ilə bağlı olur.