25 Yanvar 2024 16:26
Gəncədə 11-ci sinif şagirdini qətlə yetirməkdə təqsirləndirilən Fərid Şabanov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Metbuat.az-ın məlumatına görə, Gəncə şəhər Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib və F.Şabanovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi olan R.Rəhimov bıçaqla xəsarət yetirilərək öldürülüb. Onu qətl yetirməkdə şübhəli bilinən Fərid Şabanov aparılan əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.