19 Yanvar 2024 11:22
“Qaza tələbat artdıqca abonentlər tərəfindən boru xəttlərinə kənar müdaxilələr edilir. Nəticədə qazın təzyiqi azalır. Abonentlərə müraciət edirik ki, “qoy mənə yaxşı olsun, başqasına vacib deyil” prinsipi ilə hərəkət etməsinlər”.
Metbuat.az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib. Şöbə rəisi vurğulayıb ki, bu kimi faktların qarşısı sonda hər zaman açılır.
“Daha sonra “Azəriqaz” İstehsalat Birliyi dəymiş ziyanı hesablayaraq həmin abunəçiyə təqdim edir. Bəzən vəziyyət elə həddə çatır ki, hüquq mühafizə orqanlarına müraciət edib qanun qarşısında həmin şəxslərin hərəkətlərinə müdaxilə edilməsini istəməli oluruq. Düzdür vəziyyəti nəzarət altına ala bilmişik, amma hələ də buna cəhd edənlər olur.Hamı öz əməlinin müqabilində nəticəsini görür. Abonentlərimizi bu məsələdə diqqətli olmağa çağırırıq”.