18 Yanvar 2024 11:17
"Mülki məcəlləyə edilmiş dəyişikliyə görə torpaq və onun üzərindəki əmlak vahid sayılır. Məcəlləyə edilmiş dəyişiklik imkan verir ki, həmin o torpaqdan mülkə dair hüquqlarını bina sahibi öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alsın".
Metbuat.az xəbər verir ki, bu açıqlamanı Notariat İdarəsinin böyük məsləhətçisi Seymur İsmayılov edib. Ekspert tikintisi başa çatmayan əmlakların qeydiyyata alınması üçün sahibkarların bilməli olduğu yeni dəyişiklik barədə danışıb.
"Tikintisi başa çatmamış binanın sahibi bölünmə planı hazırlanması üçün notariusa müraciət edilməli, notarius onun qanunvericiliyin tələblərinə uyğun təsdiq etdikkdən sonra daşınmaz əmlakın dövlət reyestrinə göndərir. Bundan sonra həmin tikintisi başa çatmayan binanın paylara bölünmüş hissəsi mülkiyyətçinin adına qeydiyyata alınır".
Seymur İsmayılov qeyd edib ki, bu xidmət bizə bir mənzilin bir neçə şəxsə satılmasının qarşısını almağa imkan verəcək.
"Bina sahibi artıq konkret paylara bölünüb, hüquqları təmin edilmiş binanı fiziki şəxslərə sata bilər. Bu müqavilə əsasında mülkiyyətçinin adına reyestrda qeydiyyat aparılacaq".
Xatırladaq ki, tikintisi başa çatmayan bina tikintisinə icazə verilmiş amma onun istismarına icazə verilməyən bina sayılır.