METBUAT.AZ

Gündəm

GÖZLƏMƏ

24 Yanvar 2024 15:14

“Azərbaycanda sevindirici haldır ki, digər region ölkələrinə görə, xəstəliyin yayılması arealına görə ən aşağı göstəricidə olan ölkədir”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib.

“Biz xəstəliyin təmərküzləşmiş formada saxlanılmasına nail olmuşuq. Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9258 nəfər şəxs var ki, onlardan 69.5 faizini kişilər, 30.5 faizi qadınlardır.

Son vaxtlar QİÇS-ə yoluxan şəxslər özləri Mərkəzə müraciət edirlər. Bu da bu sahədə aparılan tədbirlərdən biri sayılır”.

Xəstəliyin yayılma səbəblərinə də toxundu:

“Qorunmayan təsadüfi cinsi əlaqə, transgenderlər vasitəsi ilə daha çox yayılır. Eyni zamanda ümumi əhali arasında da digər yollarla yayıldıını müşahidə etmişik.

Sağlam insanlar məlumatsız olduğu halda, xüsusən gözəllik salonlarında istifadə olunan alətlərdən bu virusa yoluxa bilirlər. Miqrantlar arasında bu xəstəliyin yoluxma halları müşahidə edilir”.


metbuat.az.