METBUAT.AZ

Gündəm

GÖZLƏMƏ

25 Yanvar 2024 14:41

"Qərbin Azərbaycana qarşı olan münasibəti öncədən bəlli idi. SSRİ dağılandan sonra Azərbaycan Qərb dövətləri ilə yaxşı münasibətlər qurmaq yolunu tutdu. Lakin çox təəssüf ki, Avropa İttifaqı ölkələri bu fikirdə deyil və heç vaxt olmayıblar. Onların SSRİ ölkələri və Azərbaycana qarşı bir istəksizliyi hər zaman olub".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib. O bildirib ki, bu münasibətin bir neçə səbəbi mövcuddur:

"Bu, birincisi Azərbaycanın sərbəst siyasət yürütməsi ilə bağlıdır. İkincisi, Azərbaycanın türk, müsəlman dövləti olması onları narahat edir. Aİ Azərbaycan-Ermənistan müqanişəsində İrəvanı dəstəkləyib və Azərbaycana qarşı edilən bütün təxribatların başında duran birlik olub. Biz heç vaxt Aİ-dən və Qərb dövlətlərindən Azərbaycana bir dəstək görməmişik. Azərbaycanın getdikcə böyüməsi bunlarda baş ağrısı yaradır. Son müharibədə, torpaqlarımızın azad olunması zamanı da Aİ-nin, Avropa Şurasının və Fransa kimi Avropa ölkələrinin Azərbaycan əleyhinə siyasəti münasibətləri soyutdu".

Politoloq həmçinin qeyd edib ki, Avropa ölkələri enerji baxımından Rusiya və Azərbaycandan asılıdır. Ona görə də, münasibətlərin pisləşməsi onların zərərinədir:

"Aİ özü də artıq ABŞ-nin kuklasına dönüb və onun mahnısına oynayır. Erməni lobbisinin də burada rolu var. Baxmayaraq ki, Avropa ölkələri enerji baxımından Rusiya kimi Azərbaycandan da asılıdır, yenə də öz məkrli siyasətlərindən əl çəkmirlər. Avropa ölkələrinin bizə ehtiyacı var, çünki enerji baxımından bizə möhtacdılar. Azərbaycanla münasibətlərin pisləşməsi onların əleyhinədir. Azərbaycan bütün bunların fərqindədir və öz müttəfiqləri ilə birgə imkan vermiyəcək ki, Aİ və ABŞ Yaxın Şərqdə etdiklərini Qafqazda etsinlər".

Cavidan Mirzəzadə / Metbuat.az


metbuat.az.