METBUAT.AZ

Gündəm

GÖZLƏMƏ

26 Yanvar 2024 10:57

"Saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır. Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir".

Metbuat.az bildirir ki, bunu texnobloger Fərid Pərdəşünas iddia edib. O qeyd edib ki, Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir və bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur.


metbuat.az.