26 Yanvar 2024 11:18
2022-ci ildə qaz təsərüfatına dair qanuna edilən dəyişikliyə əsasən istehlakçıların qaz qurğularının müayinəsi həyata keçirilir. Bu proses 2024-cü ildə də uğurla davam etdirilir.
Bu barədə ətraflı məlumat verən SƏTƏM-in şöbə rəisi İlkin Behbudov bildirib ki, bu günə qədər 100 minə qədər mənzildə müayinə həyata keçirilib. Bakı şəhəri üzrə bu rəqəm 30 mindir.
“Müayinə prosesi qaz təsərrüfatında nöqsan və pozuntuların aşkar edilməsi nəticəsində istehlakçıların mənzilində keçirilən texniki baxışdır.Qaz paylayıcısının işçiləri keçiriləcəyəi tarixdən beş gün əvvəl istehlakçıya məlumat verilir. İstehlakçıya təqdim edilən bildirişdə bütün detallı məlumatlar əks olunacaq. Daha sonra Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları istehlakçının mənzilinə daxil olur. Bəzən istehlakçı qapısını açsa da müayinənin keçirilməsinə şərait yaratmır. Müayinə keçirilməsinə mane yaradılarsa qaz verilişinin dayandırılması hüququ var”.
İlkin Behbudov qeyd edib ki, əgər istehlakçı evdə yoxdursa ailə üzvlərindən birinin (Yetkinlik yaşına çatmış) iştirakı ilə müayinə baş tuta bilər.
“ İstehlakçıya müayinə zamanı iki səhifədən ibarət akt imzalanır. Daha sonra müayinənin nəticələri qeyd olunur. Bir ay ərzində müayinədə aşkar edilmiş problemlər həll edilməlidir”.