26 Yanvar 2024 11:23
"Əsasən qaz qurğularında aşkar edilmiş nöqsanlardan biri də istehlakçıların qaz xəttini döşəmənin altından aparıması ilə bağlı olur. Adətən vanna otaqlarında qapı çölə açılmalı olduğu halda, qapı içəri açılır. Həmin qapılarda dəliklər olması tələb edilsə də, bəzən bu halların olmadığı ilə rastlaşırıq".
Bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib.
"Cihazlar istismar müddətini bitirsə də abonentlər bunu istismar etməyə davam edirlər. Hər bir zavod cihazlara istismar müddətinin bitməsi ilə bağlı müəyyən müddət qoyur.
Tüstü bacalarında sorma ilə bağlı problem varsa bu da qazla bağlı problemlər yarada bilir. Tikinti normalarına uyğun olaraq tüstü bacası olmalıdır. Amma biz müşahidə edirik ki, xüsusilə də həyət evlərində tüstü bacası qoyulmayıb".