24 Yanvar 2024 15:33
“Hər bir hamilə qeydiyyatda olan poliklinikalardan, qadın məsləhətxanalarından İİV-ə görə müayinəni tələb etməlidir”.
Metbuat.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsindəkicanlı yayımda IIV/QİÇS haqqında danışarkən deyib. Onun sözlərinə görə, hamilə qadınlarda hamiləliyin ilkin dövrlərində İİV aşkarlanarsa qarşısını vaxtında alına bilər.
“Həmin qadınların hamiləliyin sonunda qeysəriyyə yolu ilə övlad dünyaya gətirməsi daha məqsədəuyğundur”.
Gülbəniz Hüseynli / Metbuat.az