METBUAT.AZ

Gündəm

GÖZLƏMƏ 4

26 Yanvar 2024 11:45

Mənzillərində qaz təchizatında nöqsanlar aşkar edilmiş şəxslərin 30 gün müddətində qaydanı nizamlamaqla bağlı yaranan narahatlıqlara “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev aydınlıq gətirib.

Şöbə rəisi qeyd edib ki, vətəndaşlar müddətin az olduğundan gileylənsələr də “Azəriqaz” İstehsalat Birliyi qaydalara əsaslanaraq bu işlərin icraçısıyıq.

“Hər hansı bədbəxt hadisə baş verən zaman birinci “Azəriqaz” İstehsalat Birliyi sorğuya çəkilir. Biz də bu hadisələrin yaşanmaması üçün qabaqcadan tədbirlər görürürük. Bu bizə rəsmi, qanuna uyğun olaraq verilən səlahiyyətdir ki, onu icra edirik. Bu kimi nöqsan hallarının aşkar edilməməsi üçün qabaqcadan abonentlər məhsuliyyətli davranmalıdırlar. Onlar bunun qeyri-qanuni olduğunu bilməliydilər. Bu baxımdan abonentlərin anlayışlı olacaqlarına inanırıq”.


metbuat.az.